Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)

Sayt üzrə axtarış


Öz avtomobilinə səs ver
və qalib et

nəticələrə bax

26.10.2017 - BMW yeni X2 modelini məxfilikdən çıxartdı

01

Yeni avtomobil X4 və X6 modellərindən fərqli olaraq, daha klassik formalara sahibdir. Alçaq olması, hündür pəncərə xəttləri ilə təchiz edilməsi və kısa arxa çıxıntılar, X2 modelinin aqressivliyi və cavan nəslə ünvanlanmasından xəbər verir.

14

BMW şirkətində digər modellərdə rastlanmayan bəzi detallara xüsusi diqqət yetiriblər: trapez şəklli radiator barmaqlığı və arxa dirəklərdə yer alan nişanlar.

13

Bundan əlavə X2 modelində BMW krossoverlərinin yeni xarici görkəm konsepsiyası debüt edib. Krossover üç varianta istehsal olunacaq: adi baza,  M Sport və yolsuzluq avtomobilini daha çox xatırladan M Sport X. Baza versiyası 17 dyümlü, M Sport versiyaları isə 19 dyümlü təkər diskləri ilə təchiz edilib.

18 16
BMW X2 M Sport                                           BMW X2 M Sport X

Krossoverin interyeri X1 modelindən fərqlənmir. Burada sürücüyə tərəf dönən mərkəzi konsol və üzərində iDrive multimedia sisteminin yer aldığı monitordan ibarət daha dəbdəbəli paneli müşaidə etmək olar. Beləki, virtual cihazlar paneli artıq baza komplektasiyasında yer alıb, bundan əlavə üç dirəkli idman üslublu sükan və ön kürsüləri bəzəyən xüsusi tikişləri də qeyd etmək lazımdır.

04

Arxa oturacaqlarda tənzimləyicilərdən imtina edilib, baqaj həcmi isə 505-dən 470 litrə qədər azalıb.

08
06 07

Avtomobilin satışları 2018-ci ilin martında başlayacaq. Əvvəlcə benzinlə çalışan 192 atlı turbomühərrikli və ön ötürməli sDrive20i, həmçinin dizellə çalışan 2 litrli 190 və 231 a.g. hasil edən tamötürməli xDrive20d və xDrive25d versiyalar bazara çıxarılacaq.

03

16

blog comments powered by Disqus

« bütün xəbərlər