Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)

Sayt üzrə axtarış


Öz avtomobilinə səs ver
və qalib et

nəticələrə bax

13.10.2017 - Yamaha ilk konsept avtomobilini Tokioda təqdim edəcək

01
Yamaha Sports Ride Concept

Yamaha şirkəti əvvəllər Volvo XC90 krossoverinin ilk nəsli üçün V8 mühərriki işləyib hazırlayıb. Lakin, markanın öz avtomobilləri heç vaxt olmayıb.
Şirkətin təqdim edəcəyi avtomobil barədə demək olar ki, heç bir məlumat yoxdur, Yamaha rəsmiləri press-relizdə sadəcə bir sətr ilə kifayətləniblər: «avtomobil dizaynı konsepsiyası».
Qeyd edək ki, iki il əvvəl yaponlar Tokioda kompakt Yamaha Sports Ride idman kupesini təqdim etmişdilər. McLaren F1 superkarının müəllifi əfsanəvi Qordon Murreyin şiirkəti ilə müştərək hazırlanan kupe, iStream şassisində yığılmışdı.

02
Yamaha Sports Ride Concept

Bir müddət sonra isə Yamaha brendinin  1,5 litrli turbomühərrik üzərində çalışdığı məlum olur. Buna görə də yaponların Sports Ride Concepts gələcək inkişafını təqdim edəcəkləri istisna edilmir.
Yamaha həmçinin şəhər üçün nəzərdə tutulan dörd təkərli MWC-4 nəqliyyat vasitəsini də nümayiş etdirəcək. Renault Twizy modelini xatırladan avtomobil elektromühərrik vasitəsilə hərəkətlənir, lakin konstruksiyada generator rolunu oynayan kiçiklitrajlı mühərrikə də yer ayrılıb.

05
Yamaha MWC-4

Yamaha stendində əsas yer əlbəttə ki, mototexnikaya ayrılacaq. Ən maraqlı eksponatlar isə süni intellektlə təmin edilən Yamaha MOTOROiD, həmçinin Yamaha Motobot sayılır.

06
















Yamaha MOTOROiD

08
Yamaha Motobot

blog comments powered by Disqus

« bütün xəbərlər