Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)

Sayt üzrə axtarış


Öz avtomobilinə səs ver
və qalib et

nəticələrə bax

12.10.2017 - Toyota şirkəti Land Cruiser 200 modelinin top versiyasını təqdim edib

02

Bu ilin avqust ayında Lexus şirkəti də LX 570 modelinin Superior adlı top versiyasını təqdim etmişdi. Bu dəfə isə təzə eksklüziv kostyuma Toyota-ın Land Cruiser 200 modeli sahib olub. Excalibur versiyası əvvəlki dəbdəbəli Executive Black və Executive White modellərini əvəz edəcək. Xarici görkəmindəki dəyişiklilər əsasən yeni orijinal bamperlərldə (öndə əlavə aşağı horizontal yuvalar peyda olub) və banın arxa yan dirəklərində yer alan qılınc şəklli nişanda özünü büruzə verir. Bundan əlavə, ön qapıları açdıqda qılınc şəkli işıq vasitəsilə yerdə əks olunur.

05 10
01

Excalibur versiyasının fərqli xüsusiyyətləri kimi unikal dizaynlı 20 dyümlü diskləri, eksteryerin qara xrom işləmələri, tünd fənərlər və salonun bahalı dəri ilə döşənməsini qeyd etmək olar.

04

Top versiya özündə hidropnnevmativ asma, tam dəst qış opsiyası və aktiv Toyota Safety Sense təhlükəsizlik sistemləri paketini cəmləyib. Avtomobil 4,6 L, 309 a.g. benzin və 4,5 L, 249 a.g. dizel mühərrikləri ilə təchiz ediləcək.

03

blog comments powered by Disqus

« bütün xəbərlər