Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)

Sayt üzrə axtarış


Öz avtomobilinə səs ver
və qalib et

nəticələrə bax

09.10.2017 - Toyota GR HV Sports Concept

image-1b84cb4f1507494929-1250x620

Bu gün artıq demək olar ki, hər bir avtoistehsalçı 2020 və ya 2025-ci illə kimi model xəttinin böyük bir hissəsinin elektrikləşdiriləcəyini elan edib. Yaponya avtomobil sənayesinin liderlərindən olan Toyota şirkəti deyəsən indidən bu işə start vermək qərarına gəlib.
Şəkllərə nəzər saldıqda GR HV consepti sanki GT86 modelinin təkmilləşmiş versiyasına bənzəyir. Lakin, qara mat boya və TS050 idman hibridini xatırladan modernizə edilən ban, həmçinin həmin modeldən mənimsənilən hibrid güc aqreqatı, konseptin idman xarakterini ortaya qoyur.



image-5c4281551507495353-950x530 image-6676cc2e1507495352-950x530

image-13e4c4421507495352-950x530

Toyota GR HV Sports Concept-in ən maraqlı xüsusiyyəti salonla bağlıdır. Mərkəzi konsolda düyməli avtomat sürətlər qutusu yer alıb, lakin mexanikanı sevənlər üçün isə altı pilləli sürətlər qutusu da mövcuddur. Muftanın quraşdırılmadığı avtomobildə bu necə baş verir...  Əllə keçirilən pillələrin iş alqoritmi, effektivliyinə görə əsl mexanikaya maksimum dərəcədə yaxınlaşdırılıb. Yeri gəlmişkən, mühərrikin işə salma düyməsi sürətlər qutusunda yerləşir.

image-566bf4611507495353-950x530  image-2d183cc01507495353-950x530

image-d0d4c0df1507495353-950x530

Arxaötürməli avtomobilin benzin mühərriki öndə, batareyalar isə mərkəzdə yer alıb. Toyota şirkətində bildiriblər ki, bu sistemdən əsl sportkar ərsəyə gələcək. Hələki, istehsalçı konseptin xüsusiyyətləri barədə məlumat verməyib, lakin bu yaxınlarda növbəti Tokio avtosalonunda bu avtomobil barədə ətraflı məlumat əldə edə biləcəyik.

image-6ab432da1507495351-950x530

blog comments powered by Disqus

« bütün xəbərlər