Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)

Sayt üzrə axtarış


Öz avtomobilinə səs ver
və qalib et

nəticələrə bax

04.10.2017 - Yeni hibrid mühərrikli Range Rover Sport

image-05303bbd1507106359-1250x620_1

Britaniya istehsalçısı Range Rover Sport modelinin xarici görkəmini yeni bamper, radiator barmaqlığı və işıqdiodlu Matrix Pixel fənərləri ilə təzələyib. Salonda iki 10 dyümlü sensor displeyli yeni Touch Pro Duo multimedia sistemi peyda olub. Jaguar Land Rover-dən bildiriblər ki, bu istehsalçının hazırladığı ən inkişaf etmiş sustemdir.

Ən əsas məlumat isə, şirkətin ilk Range Rover Sport P400e hibrid avtomobili hazırlaması ilə bağlıdır. İki litrli dörd silindirli benzin güc aqreqatı və elektromühərrik ümumilikdə 398 at gücü hasil edir. Sadəcə elektrikli aqreqatdan istifadə etdikdə maksimim 51 km məsafə qətt etmək mümükündür. İlk yüzlüyə 6,7 san sərf edən avtomobilin maksimal sürəti 220 km/saatdır.

Hibrid aqreqatlı  Range Rover Sport P400e 2018-ci ildə bazara çıxarılacaq.

blog comments powered by Disqus

« bütün xəbərlər