Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)

Sayt üzrə axtarış


Öz avtomobilinə səs ver
və qalib et

nəticələrə bax

15.09.2017 - Frankfurt Motor Show 2017: Mercedes-Benz Concept EQA

01_1

Mercedes-Benz şirkəti Frankfurtda A-Klass ailəsinə daxil olacaq tam elektrikli avtomobili nümayiş etdirib. EQA konsepti təbiətə zərər verməməklə yanaşı, ətraf mühütlə ünsiyyət də qura bilir.
Uzunluğu 4285 mm, təkər bazası 2730 mm olan konseptin ölçüləri, praktiki olaraq hazırkı A-Klass modeli ilə eynidir.

03

EQA, ümumi 270 a.g. və 500 Nm fırlanma anı hasil edən iki elektomühərrik əldə edib. Tam dolu batareyalarla 400 km yol qətt edə bilən konsept, ilk yüzlüyü 5 saniyəyə əldə edir.
Elektromobilin güc qurğusu iki iş rejiminə sahibdir - Sport və Sport Plus. Konsept ənənəvi radiator barmaqlığı əvəzinə işıqdiodlu panel əldə edib. Bu panel bort elektronikasının rejimindən asılı olaraq göstərilən rəsmləri dəyişdirir. Bununla yanaşı, Mercedes-Benz brendinin  ənənəvi loqosu da əks olunur.
Qeyd edək ki, almanlar 2022-ci ilə kimi çox sayda elektromobilin seriya istehsalına başlayacaq.

04

05

06

blog comments powered by Disqus

« bütün xəbərlər