Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)

Sayt üzrə axtarış


Öz avtomobilinə səs ver
və qalib et

nəticələrə bax

17.09.2017 - Frankfurt Motor Show 2017: BMW i Vision Dynamics

02

Frankfurt avtosalonunda BMW şirkətinin i Vision Dynamics adlı elektrikli prototipi debüt edib. Batareyaları tam dolmuş halda konseptkar 600 km məsafəni qətt edə bilir. i Vision Dynamics-in güc qurğusu barədə tam məlumat verilməsə də, şirkətdən avtomobilin maksimal sürətinin 200 km/saatı aşdığı bildirilir, ilk yüzlüyü isə BMW konsepti 4 saniyəyə əldə edir.

07

Yeni avtomobil klassik radiator barmaqlığından imtina edib. Bununla yanaşı banın ön hissəsində BMW-nin firma stilini əks etdirən, həmçinin sensorları müxtəlif gizlədən dekorativ elementlər yer alıb. Konsept həm də tamamilə işıq texnikası ilə təchiz edilib. BMW nümayəndələri bildiriblər ki, i Vision Dynamics, i3 və i8 modelləri arasında boşluğu doldura biləcək. Alman avtoistehsalçısı həmçinin əlavə edib ki, 2025-ci ilə qədər bu model xəttində elektrli mühərrikli 25 model yer alacaq. Bunlardan 12-si isə daxili yanma aqreqatından məhrum ediləcək.
Qeyd edək ki, əvvəlcə BMW şirkətinin Frankfurt avtosalonunda i5 (Ay 5) adlanacaq yeni modeli təqdim edəcəyi düşünülürdü.

03

04

05

06

blog comments powered by Disqus

« bütün xəbərlər