Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)

Sayt üzrə axtarış


Öz avtomobilinə səs ver
və qalib et

nəticələrə bax

02.10.2017 - Çinlilər daha bir tanınmış Avropa brendini aldılar

Bundan əvvəl Lotus Malaziyanın Proton şirkətinə aid idi. Lakin, halhazırkı sövdələşmədən sonra səhmlərin 51%-i Zhejiang Geely holdinqə, qalan 49% isə Etika Automotive şirkətinə məxsusdur. Jan-Mark Jale icraçı baş direktor postununu qoruyub saxlayıb, lakin şirkətin yeni direktorlar şurasına üç Geely və iki Etika Automotive nümayəndəsi daxil edilib.

Lotus-2

Lotus şirkəti 1952-ci ildə Entoni Kolin Brüs Çapman tərəfindən təsis edilib. 1982-ci ildə Çapman ürək çatışmamazlığından sonra dünyasını dəyişir, marka isə General Motors tərəfindən satın alınır. 1993-cü ilin yayında amerikalılar tanınmış sportkar istehsalçısını 30 milyon dollar qarşlığında A.C.B.N. Holdings S.A. holdinqə satırlar.

1996-cı ildə səhmlərin nəzarət paketini Malayziyanın Perusahaan Otomobil Nasional Bhd (Proton) konserni əldə edir. 2012-ci ildə isə həm Proton, həm də Lotus şirkətinin nəzarəti DRB-Hicom korporasiyasına keçir.

blog comments powered by Disqus

« bütün xəbərlər


02.10.2017 tarixinə olan digər xəbərlər
» Dubayda uçan taksinin sınaqları başlayıb (+Video)
» Narıncı McLaren avtomobilini kök yerinə çeynəyən eşşəyin sahibini məhkəmə cərimələyib (+Video)