Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)

Sayt üzrə axtarış


Öz avtomobilinə səs ver
və qalib et

nəticələrə bax

02.10.2017 - Narıncı McLaren avtomobilini kök yerinə çeynəyən eşşəyin sahibini məhkəmə cərimələyib (+Video)

03

Almaniyanın Foqelsberq dağlarında qəribə hadisə baş verib. Markus Çan bu ərazidə McLaren 650S Spider avtomobili ilə səyahət edirdi və bir otlaq sahəsində saxlayıb bəzi ehtiyaclarını həll etmək üçün superkardan aralanır. Qayıdıb avtomobilə əyləşdikdə, güzgüdən arxa spoylərə sürtünən bir eşşək görür. Məlum olur ki, dəyəri 300 min avro təşkil edən avtomobili uzunqulaq iştahla çeynəyir.



Sığorta şirkəti heyvan tərəfindən vurulan zərərə görə (təxminən 30 min avro) superkara kompensasiya ödəməkdən imtina edib, beləki, müqavilədə bü tip zərər növü qeyd olunmayıb. Bununla barışmayan avtomobil sahibi vurulan zərəri eşşəyin sahibinindən almaq qərarına gəlir. Lakin, fermer bu qədər məbləği ödəmək arzusunda olmadığını və park üçün daha əlverişli yer seçmək lazım olduğunu bildirir. Münaqişə məhkəməyə qədər uzanır, nəticədə isə hakim avtomobil sahibini haqlı çıxararaq, fermeri uzunqulağın vurduğu zərərə görə 5800 avro ödəməyə məcbur edir. Eşşəyin cəzalanıb-cəzalanmadığı məlum deyil. Əslində onun heç bir günahı yoxdur. Günah öz avtomobillərini iştahlı rəngə boyayan insanlardadı...

05

04

blog comments powered by Disqus

« bütün xəbərlər


02.10.2017 tarixinə olan digər xəbərlər
» Çinlilər daha bir tanınmış Avropa brendini aldılar
» Dubayda uçan taksinin sınaqları başlayıb (+Video)