Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)

Sayt üzrə axtarış


Öz avtomobilinə səs ver
və qalib et

nəticələrə bax

23.09.2017 - İnanılmaz rekord

Son zamanlar avtomobil şirkətləri ekoloji təmiz güc aqreqatları hazırlamaq üçün mübarizə aparır və buna milyardlarla dollar xərcləyir. Fransua Jisi isə "qəğik-quruşa" başa gələn yüksək keyfiyyətli və təbiət üçün zərərsiz "mühərrik" ərsəyə gətirib. 

4I2gjJv8D1O9M2S0TYYwSg=s800

O üç təkərli minik vasitəsinə yağış suyu və sıxılmış qazla doldurulan böyük balon quraşdırıb. Özü isə üzərinə əyləşib, sükandan möhkəm yapışaraq klapanı açır. Təhlükəsizlik məqsədi üçün yürüş Pol Pikar avtodromunda keçirilib.



Jisi tərəfindən dərc olunan videoçarxda göründüyü kimi, ağılasığmaz nəticə əldə edilib. Minik vasitəsi ilk yüzlüyə cəmi  0,551 saniyə ərzində sürətlənib. Dünyada heç bir hiperkar və superbayk buna qadir deyil. Güclü təzyiq maksimal 261 km/saata kimi davam edib.  Bundan sonra isə, zəifləməyə başlayıb. 

Maraqlıdır ki, bu Jisinin ilk çılğın sınağı deyil. 2014-cü ildə elə bu avtodromda ramasına raketlər bərkidilmiş velosipedlə 4,8 saniyə ərzində 333 km/saata kimi sürətlənib. Bu isə bu tip nəqliyyat vasitələri arasında yeni rekord deməkdir. Müqaisə üçün paralel yarışmada Ferrari F430 Scuderia superkarı da iştirak edib. Təqdim etdilən videoda italiyalı raket velosipedin fonunda sanki ümidsiz tısbağa yürüşünə sahibdir. 


blog comments powered by Disqus

« bütün xəbərlər