Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)

Sayt üzrə axtarış


Öz avtomobilinə səs ver
və qalib et

nəticələrə bax

18.09.2017 - Frankfurt Motor Show 2017: Audi RS 4 Avant

01

Universal artıq Porsche Panamera modelindən mənimsədiyi biturbo mühərriklə öyünə bilər. Yeni güc aqreqatı, 430 Nm fırlanma anı hasil edən 4,2 L FSI V8 atmosfer mühərrikini əvəzləyib. Eyni - 450 a.g. sahib 2,9 L V6 biturbo mühərrikinin fırlanma anı isə 600 Nm təşkil edir. Transmissiya 8 diapazonlu avtomat sürətlər qutusu və daimi quatro tam ötürməyə sahibdir.

02

İlk yüzlüyə Audi RS 4 Avant 4,1 saniyə sərf edir, maksimal sürət isə elektronika vasitəsilə 250 km/saatada məhdudlaşdırılıb. Əgər bu sizi qane etmirsə, onda RS dynamic opsiya paketi sifariş verə bilərsiz. Bu paketin sayəsinda 280 km/saat maksimal sürət əldə etmək mümkündür.

03


Audi mühəndisləri RS 4 Avant modelinin idman asmasını daha da təkmilləşdiriblər, bununla yanaşı avtomobilin klirensi 7 mm aşağı endirilib. Əlavə ödəniş etməklə adaptiv amortizator və sükan mexanizmi, aktiv arxa differensial və karbon-keramik əyləclər də əldə etmək mümkündür.

04 05

Əlavə opsiyalarsız Audi RS 4 Avant modelinin qiyməti 79 800 avro təşkil edir. Avtomobilin Azərbaycana nə vaxt gətiriləcəyi hələ məlum deyil.

06

blog comments powered by Disqus

« bütün xəbərlər