Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)

Sayt üzrə axtarış


Öz avtomobilinə səs ver
və qalib et

nəticələrə bax

18.09.2017 - Frankfurt Motor Show 2017: Aspark Owl

01

Əsrarəngiz Aspark Owl superkarı Frankfur avtosalonunda debüt edib. Əslən yaponiyalı olan avtomobil karbon liflərindən hazırlanıb və 1000 a.g. tam elektrikili mühərriklə təchiz edilib. Şirkət rəsmilərinin məlumatına əsasən ilk yüzlüyə cəmi 2 saniyə sərf olunur. Bu təsdiq olunarasa, o zaman superkar dünyanın ən sürətlisi sayılacaq.

02 03

Suprekar çox mükəmməl görsənir. Beynəlxalq avtosalon premyerası üçün avtomobilin eksteryerini gümüşü rəngə boyayıblar, salon tərtibatında isə krem rəngindən istifadə ediblər.

04

Tanınmayan Aspark şirkətindən bildiriblər ki, avtomobil 2014-cü ildən işlənib-hazırlanır, istehsal planları haqqında ətraflı məlumatı isə yaxın günlərdə təqdim edəcəklər.

05

blog comments powered by Disqus

« bütün xəbərlər