Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)

Sayt üzrə axtarış


Öz avtomobilinə səs ver
və qalib et

nəticələrə bax

16.09.2017 - Frankfurt Motor Show 2017: Ferrari Portofino

Yeni Portofino model xəttində California T kabrioletini əvəzləyəcək.

01

Portofino da sələfi kimi Gran Turismo seqmentindədi, salon tərtibatı isə 2+2 formasındadır. Tam yeni platformoaya sahib olsa da, Californiya modelindən mənimsədiyi 3,9 litrli V8 turbo mühərrikindən istifadə edir. Lakin, porşenlər, birləşdirici çubuqlar, qəbuledici və xaricedici elementlər, həmçinin elektron mühərrik idarəetmə proqramı yenidən işlənib hazırlanıb. Və nəticədə 560 a.g. və 755 Nm fırlanma anı artaraq, 600 a.g. və 760 Nm-ə çatıb.

02

Yeri gəlmişkən, dinamika barədə: ilk yüzlüyü 3,5 saniyəyə əldə edir, maksimal sürət isə 320 km/saatdır. Avtomobil güclü və sürətli olması ilə yanaşı, həm də gəzinti və səyahət üçün nəzərdə tutulub. Buna görə də ilk dəfə olaraq bu sinif modeldə elektron idarəetməli E-Diff3 arxa differensial və gücləndirilmiş F1-Trac sabitləşdirmə sistemi tətbiq olunub. Bu isə döngələrdən 40% daha effektli sürətlənməyə imkan verir.

05

Xarici dizaynda ən maraqlı element, yan fənərlərdən başlayan, təkər tağlarını kəsib keçərək qanadlara kimi uzanan hava kanallarıdır. Salonda isə multimedia sisteminin 10,2 dyümlü böyük displeyini, həmçinin 18 tənzimləyicidən ibarət kürsüləri və arxa oturacaqdakı sərnişinlərin ayaqları üçün daha çox yer təmin edən optimallaşdırılmış formadakı oturacaq söykənəcəklərini qeyd etmək olar.

03

06

blog comments powered by Disqus

« bütün xəbərlər