Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)

Sayt üzrə axtarış


Öz avtomobilinə səs ver
və qalib et

nəticələrə bax

14.09.2017 - Frankfurt Motor Show 2017: Honda Urban EV Concept

01

Əvvəlcədən təəssüf edirik ki, Urban EV konseptinin texniki özəlliyi barədə heç bir məlumat verilməyib. Yaponlar elektrikli hetçbekin sadəcə hansısa «tamamilə yeni bir platformada» yığıldığını bildirməklə kifayətləniblər. Buna görə də, hələlik yeni avtomobilin dizaynını müzakirə edəcəyik. Və əslində dizaynla bağlı danışılacaq çox şey var, beləki konseptin müəllifləri «köklərinə qayıtmaq» qərarı veriblər. Əsas olaraq 1979-cu ilə aid ikinci nəsl Honda Civic modelinə müraciət edilib və Urban konsepti bu avtomobilin xarakterik profilinə sahib olub.

02

Daha bir maraqlı məqam isə, öndə və arxada fənərlərin arasın yer alan iki displeydir. Bu ekranlarda yolda hərəkət edən nəqliyyat vasitələri sürücüləri üçün hər hansı bir məlumatı yayımlamak mümkündür. Əslində başqa sürücülərin sizin avtomobilinizin batareyalarının səviyyəsini öyrənməsi çox mənasızdı. Salon dörd nəfər üçün nəzərdə tutulub və burda da displeylərə rast gəlmək mümkündür. Nəhəng ekran ön panelin üzərində, kiçik manitorlar isə qapı üzərində yer alaraq arxa görüntü kamerasının ötürdüyü videonu yayımlayır.

blog comments powered by Disqus

« bütün xəbərlər