Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)

Sayt üzrə axtarış


Öz avtomobilinə səs ver
və qalib et

nəticələrə bax

13.09.2017 - Frankfurt Motor Show 2017: Audi Aicon

01

Frankfurtdakı premyeraların arasında diqqəti çəkən avtomobillərdən biri də Audi Aicon elektromobilidir. Uzunluğu 5,5 metrə çatan Aicon, Audi A8 modelindən 10 sm enlidir. Adi anlamda fənərlər sözü keçmişdə qalıb: onları müxtəlif formalarda və rənglərdə işıq şüaları formalaşdıra bilən böyük panellər əvəzləyib.

09  08

Mərkəzi gövdə dirəyindən imtina edən Aicon, geniş açılan qapılara sahibdir. Minimum dekordan istifadə olunan salonda 4 nəfərlik oturacaq quraşdırılıb. Burada ənənəvi sükün, pedal və sürətlər qutusunun lingindən imtina edilib. Bir sözlə, əyləşib avtonom rejimli idarəetmədən həzz al...

06  

04 05

Ümumi 354 a.g. hasil edən elektrikli dörd mühərrik, hər bir təkəri ayrılıqda hərəkət etdirir. Güc aqreqatları salonun altında yer alan batareyalardan qidalanır. Rəsmi rəqəmlərə əsasən yürüş ehtiyatı 800 km təşkil edir.

07

02

blog comments powered by Disqus

« bütün xəbərlər