Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)

Sayt üzrə axtarış


Öz avtomobilinə səs ver
və qalib et

nəticələrə bax

13.09.2017 - Frankfurt Motor Show 2017: BMW X7 Concept

01

Frankfurt avtosalonun ən gözlənilən və səs-küylü premyerası əlbəttə ki, nəhəng BMW X7 iPerformance krossoveri idi. Hətta mətbuat nümayəndələri konsepti çəkmək üçün, stendin qarşısında növbəyə düzülmüşdülər. Əslində bu başa düşüləndir - ilk dəfədir BMW markasının model xəttində üç cərgə kürsü quraşdırılan krossover peyda olub. Avtomobil çox böyük və aqressiv görkəmə sahib olub. Konseptin praktiki nəhəng yumru radiator barmaqlığı və bamperdə böyük hava çəpərlərinin yer aldığı təsirli ön hissəsi var. Arxada isə, ilk olaraq incə fənərlər və L-tipli hava kanalları gözə dəyir.

02

Salonda il gözə çarpan ön panelin məzkəzi konsolunun sürücü istiqamətində yönəlməsidir. Ən çox təəccübləndirən isə, cihazlar panelinin və informasiya-əyləncə sisteminin bir-birinə inteqrasiya olunan ekranlarıdır. Salon tərtibatında yüksək keyfiyyətli dəri və ağac materiallarından istifadə olunub.

03

BMW X7 modelinin əsasını CLAR platforması təşkil edir, iPerformance əlavəsi isə benzin turbomühərrikli hibrid güc aqreqatı ilə təchiz olunmasını bildirir. ABŞ-ın Spartanburqdakı zavodunda istehsal olunacaq BMW X7 seriya versiyasının satışlarına növbəti il start veriləcək.

04

blog comments powered by Disqus

« bütün xəbərlər