Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)

Sayt üzrə axtarış


Öz avtomobilinə səs ver
və qalib et

nəticələrə bax

4Çarx - 23.07.2017 (Tam versiya)
Capture_1

17.07.2017 - Moskvada bir gecənin içində 13 lyuks avtomobil oğurlanıb

7xHtCBUPZeGdbOINHTxwPA=s800

Bazar günü Moskvada baş verən oğurluq hadisəsini, məşhur filmdəki süjetlə müqaisə etmək olar.
Soyğuna böyük ehtimalla uzun müddətdir hazırlıq gedirdi. Avtolombardın daxilində oğrular demək olar ki, heç bir müqavimətlə üzləşməyib: özgə mülkiyətin yeganə müdafiəçisi isə yaşlı gözətçi olub. Nəticədə, səhərə kimi əli-qolu bağlı qalan ahılı, işə gələn şirkət nümayəndələri tapıb və hüquq-mühafizə orqanlarını hadisədən xəbərdar ediblər.
Soyğunçuların qəniməti hərəsinin dəyəri 50-65.000 ABŞ dolları təşkil edən xarici markalı dəbdəbəli avtomobillər idi. Bunlar, aralarında GL və ML modelləri də olmaqla dörd ədəd Mercedes-Benz, Porsche Panamera, iki Infiniti QX56, BMW X5 və X6, Audi A8 və A7, Toyota Land Cruiser və Range Rover avtomobilləridir.
Halhazırda polis oğurlanan minik vasitələrini və soyğunçuları axtarır.

blog comments powered by Disqus

« bütün xəbərlər


17.07.2017 tarixinə olan digər xəbərlər
» Honda onuncu nəsl Accord modelini təqdim edib