Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)

Sayt üzrə axtarış


Öz avtomobilinə səs ver
və qalib et

nəticələrə bax

4Çarx - 23.07.2017 (Tam versiya)
Capture_1

17.07.2017 - Honda onuncu nəsl Accord modelini təqdim edib

01

Honda şirkətinin durğunluq dövrünə son qoyduğunu düşünmək olar. Öncə müasir CR-V, sonra parlaq Civic, indi isə daha gənc nəslə ünvanlanan yeni Accord.



Onuncu nəslə aid model, xələfindən demək olar ki, heç bir şey mənimsəməyib. Belə demək olar ki, yaponlar Toyota Camry avtomobilinə tam rəqib hazırlamaqdansa, daha cavan auditoriyaya ünvanlanan modelə üstünlük veriblər. 

02

Yeni Accord eksteryeri çox yaraşıqlıdı. Yeni ön hissə, uzun kapot, qısa arxa hissə və ən əsası isə maili tavan. Premium seqmentdə bunu çox güman ki, "dörd qapılı kupe" adlandırardılar.

05

Daha yüngül materialların istifadəsi nəticəsində Accord-un ümimi çəkisi təxminən 50 kq azalıb. Avtomobil bir az qısa və alçaq olub, lakin genişlənib. Təkər bazası 54 mm artıb, ayaqlar üçün oturacaqlar arasındakı məsafə 51 mm böyüyüb. Oturacaqlar isə daha alçaqda quraşdırılıb ki, bu da maili tavanın sərnişinləri narahat etməməsi üçün nəzərdə tutulub.
Salonda da yeniliklər tətbiq edilib. Səkkiz dyüm ekranlı məlumat-əyləncə sistemi və iqlim nəzarəti bloku əllə idarə olunan yuvarcıqlarla təchiz olunub. Digər funksiyaları isə toxunuşla idarə etmək lazımdır.

03

İnteryerdə bundan əlavə proyeksiyalı ekran, ventilyasiya olunan ön kürsülər, salonun müxtəlif yerlərində quraşdırılan üç mikrafonlu aktiv səskəsici sistem, aktiv kruiz-kontrol, izləmə qeydləri və maneə önündə ani durdurulan əyləc sistemləri quraşdırılıb.
Asma adaptiv amortizatorlar əldə edib. Yürüş zamanı sürücü Econ, Normal və Sport rejimlərindən istifadə edə bilər.
Sedan bundan sonra sırf turbo mühərriklərilə avadanlaşacaq. Baza variantı 192 atlı 1,5 L, daha güclü versiya isə Honda Civic Type R modlindən mənimsənilən 252 atlı 2,0 L mühərriklə təchiz ediləcək. İlk mühərrik altı pilləli mexaniki sürətlər qutusu və variator, ikincisi isə 10 pilləli avtomatla tandemdə çalışacaq.

04

blog comments powered by Disqus

« bütün xəbərlər


17.07.2017 tarixinə olan digər xəbərlər
» Moskvada bir gecənin içində 13 lyuks avtomobil oğurlanıb