Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)

Sayt üzrə axtarış


Öz avtomobilinə səs ver
və qalib et

nəticələrə bax

4Çarx - 23.07.2017 (Tam versiya)
Capture_1

11.07.2017 - Yeni Audi A8

image-160d9f361499769929-950x530

Yeni Audi A8 çox dəbdəbəlidir. Avtomobilin təqdimatı Barselonada Audi Summit sərgi-konfransda keçirilib. Sedan şirkətin - "Yüksək texnologiyaların mükəmməlliyi" şüarı ilə hazırlanıb. Bunu artıq avtomatik park etmə və qaraja daxil olma sistemlərində, həmçinin tıxaclar zamanı robotun sürücünü əvəz etməsində müşaidə etmək mümkündü. Bu sistemləri şirkət 2018-ci ildən başlayaraq tədricən tədbiq edəcək.



Banın dizaynı yenilənib - radiatorun altı guşəli barmaqlığı avtomobili daha aqressiv göstərir. Lazer işıq sistemli işıqdiodlu fənərlərdən ibarət otika da yenilənib. Sürücü avtomobilə yaxınşıb və ya uzaqlaşdıqda, dinamik işıqlandırma işə düşür. Yeni A8 modeli istər standart 5,17 m, həmçinin əlavə 13 sm-li Audi A8 L variantında çox böyük görünür. 

image-2fd4069d1499769929-950x530

Avtomobilin salonu da çox genişdir. Daha uzun versiyada dörd variantda tənzimlənən və ayaqların rahatlığını təmin edən komfortlu kürsülər mövcuddur. Arxada əyləşən sərnişinlər üçün ayaqların qızdırıcısı və massajı təklif olunur. Massajedici sistemin tənzimləmlərinin idarəetmə bloku ön sərnişin oturacağnın arxasına montaj edilib.

image-163dd7111499769930-950x530

Bundan əlavə, sərnişinlər öz zövqlərinə və tələblərinə uyğun olaraq salon işıqlandırılmasını, oturacaqların massaj funksiyalarını və xüsusi telefon zənglərini tənzimləyə bilər. Bütün bunları idarə edən smartfona oxşar idarəetmə sistemi, mərkəzi qoltuqaltıda yerləşir. 

image-55f4a4ca1499769930-950x530

image-d1b6e7a81499769930-950x530

Cihazlar panelinin mərkəzində sensor displey yer alıb. Avtomobilin qapısı açıldıqda burada istifadəçi interfeysi peyda olur. Funksiyaları barmaq toxunuşu ilə yanaşı, səslə də idarə etmək mümkündür. 

image-37322aed1499769930-950x530

image-f4071de91499769930-950x530

image-a1425c801499769930-950x530

Avtomobildə tədbiq olunan Audi AI active suspension asması da yeni texniki həllərdən biridir. Pre sense 360° sistemi ilə tandemdə çalışaraq, yan toqquşma zamanı avtomobili ildırım sürəti ilə yuxarı qaldırır.  Bunun sayəsində isə, qəza zamanı sürücü və sərnişinlər üçün ağırlıq səviyyəsi azalır.

image-dc8a972a1499769929-950x530

Audi A8 Almaniyada iki yeni V6 turbo mühərriki ilə təqdim ediləcək: 286 atlı 3,0 L TDI dizel və 340 atlı 3,0 L TFSI benzin. Bir müddət sonra isə səkkiz silindirli 435 a.g. hasil edən 4,0 L TDI və 460 a.g. 4,0 L TFSI aqreqatlarla da istehsal olunacaq. Top versiyasına isə 6,0 L W12 mühərriki quraşdırılacaq. Bundan əlavə, güclü plug-in hybrid ötürməli Audi A8 L e-tron quattro versiyası da təklif olunacaq.

image-740765b61499769930-950x530

image-0ea69b021499769929-950x530

blog comments powered by Disqus

« bütün xəbərlər