Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)

Sayt üzrə axtarış


Öz avtomobilinə səs ver
və qalib et

nəticələrə bax

06.07.2017 - Euro NCAP təşkilatından növbəti kraş-testlər (+Video)

OcROWxRQ2dsxZrCSuwQXRw=h625

Əzilənlər isə Alfa Romeo Stelvio, Ford Mustang, Honda Civic, Hyundai i30, Opel Insiqnia, Seat Ibiza və VW Arteon modelləri oldu. Mövzunu əlifba sırası ilə davam etdirək. Alfa Romeo Stelvio modeli FCA konsernin əsas qürüru oldu: avtomobil təhlükəsizlik reytinqində 5 ulduza layiq görüldü. Böyüklərin qorunma səviyyəsi 97% qiymətləndirilib. Bu da Euro NCAP tarixinin ən yüksək göstəricilərindən biridir. Yeganə Volvo XC90 modelidir ki, bu göstərici ilə öyünə bilər.



Amerikalı maskl kar Ford Mustang bu ilin əvvəli Euro NCAP təşkilatının sınaqlarında iştirak edib, o zaman avtomobil cəmi 2 ulduz əldə etmişdi. Bu dəfəki karaş-testə təkmilləşmiş Mustang modeli qatıldı. Yeniliklər sırf aktiv təhlükəsizliklə bağlı idi: piyadaları tanıya bilən avtomatik qəza əyləc sistemi və yürüş zamanı avtomobili müəyyən zolaqda tutan sistem əlavə olunub. Banın güc strukturu isə yenilənməyib: arxa oturacaqlarda əyləşən sərnişinlərin təhlükəsizliyi yenə də qənaətbəxş sayılmadı. Bununla yanaşı, Mustang-ın ümumi reytinq göstərici yaxşılaşaraq 3 ulduza kimi artıb.



Onuncu nəsl Honda Civic də gözləntilərin altında nəticə göstərdi. Avtomobil divarla frontal toqquşma zamanı xoşagəlməz nəticə ilə üzləşib. Arxa oturacaqdakı manikenin sensorları döş qəfəsində yüksək - qəhvəyi ağırlıq səviyyəsini qeyd edib. Bu da qabırğaların sınma riskini artırır. Arxa oturacaqların başaltılarının da təkmilləşməyə ehtiyacı olduğu vurğalnıb. Uşaqların qorunma səviyyəsi də təşkilat nümayəndələrinin ürəyincə olmadı. Frontal zərbədə 10 yaşlı uşağı əvəz edən manikenin sensorları boyun hissədə kritik - qırmızı, altı yaşlıda isə, qəhvəyi ağırlıq səviyyəsini qeydə alıb. Yan zərbə zamanı isə 10 yaşlı manikenin baş hissəsində kritik qırmızı ağırlıq səviyyəsi də gözdən qaçmayıb. Lakin, yüksək səviyyəli aktiv təhlükəsizlik sistemi sayəsində Honda 4 reytunq ulduzu ila kifayətlənməli olub.



Yeni Hyundai i30 modelinin sınaqlarının nəticəsi daha maraqlıdı. Koreya hetçbeki 5 reytinq ulduzu qazans da, xoşagəlmənz nüansalar da mövcuddur. Ön panelin forması çox uğursuz alınıb: frontal zərbə zamanı sürücü və öndə əyləşən sərnişinin ayaqları sıxışıb qalır.



Arxa oturacaqlarda başaltlıqların həndəsi problemlərini nəzərə almasaq, yeni Opel Insignia sedanını tam əlaçı hesab etmək olardı. Buna rəğmən avtomobil 5 reytinq ulduzu qazana bilib.



Son nəsl Seat Ibiza hetçbekinin nəticələri isə belədir: təşkilatçıların böyük yaşlı sərnişinlərin qorunması ilə bağlı heç bir iradı olmadı, lakin uşaqlarda kritik qırmızı və yüksək qəhvəyi səviyyələri qeydə alınıb. Buna baxmayaraq hetçbek ümumi nəticədə 5 ulduza sahib olub.



Volkswagen Arteon modelinə gəldikdə isə, Euro NCAP nümayəndələri heç bir irad tutmadan fəstbeki 5 ulduza layiq görüblər.

blog comments powered by Disqus

« bütün xəbərlər


06.07.2017 tarixinə olan digər xəbərlər
» Ford Sollers-in yeni prezidenti və Baş direktoru - Adil Şirinov