Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)

Sayt üzrə axtarış


Öz avtomobilinə səs ver
və qalib et

nəticələrə bax

04.07.2017 - Yeni Porsche 911 GT2 RS

02

Sportkarın dünya premyerası Böyük britaniyada - Goodwood sürətlər festivalında keçirilib. Porsche 911 GT2 RS - firma ənənəsinə əsasən bu, 911 Turbo S kupenin daha yüngül və güclü versiyasıdır. Tam ötürmə arxa ötürmə ilə əvəz olunub. Bununla yanaşı, avtomobil çox sürətlidir: İlk yüzlüyə cəmi 2,8 s sərf edən sporkarın maksimal sürəti 340 km/saatdır. 3,8 litrli altı silindirli oppozit biturbo mühərriki Turbo S modelindən mənimsənilib. Lakin, təkmilləşdirilən turbo gücləndirici, yeni soyutma sistemi və titandan hazırlanan yeni xaricetmə sistemi sayəsidə, atların sayı 500-dən 700-ə qədər artırılıb. Buna baxmayaraq fırlanma anı əvvəlki kimi 750 Nm təşkil edir. Sürətlər qutusu yeddi pilləli PDK robotdur və iki muftadan ibarətdir.



Çoxsaylı karbon işləmələr və maqnezium ərintilər sayəsində avtomobilin çəkisi 1470 kq təşkil edir. Müqaisə üçün bildirək ki, 911 Turbo S modelində bu göstərici 1600 kq.-dır. Weissach opsiya paketinə daxil olan karbon sabitləşdirici, karbon tavan və maqnezimlu təkər diskləri sayəsində isə, daha 30 kq çəkidən imtina etmək mümkündür. Bütün disklər karbon əyləclərlə avadanlaşdırılıb. Şinlər öndə  265/35 ZR 20, arxada isə 325/30 ZR 21 ölçülüdür.

07

03

RS ənənəsi salonda da hiss olunur. Qapı tutacaqları parça qayışlardan ibarətdir, bununla yanaşı naviqasiyalı multimedia sistemi və klimat-kontrol da quraşdırılıb. Telemetrik Chrono Package paketi və  Porsche Design-dən xronoqrafik saatlar qəribə də olsa, opsiyada təklif olunur. Qeyd edək ki, saatın qiyməti nə az, nə çox - 9450 avrodur.

05

06

04

Rəsmi məlumatlara görə 911 GT2 RS Nürburqrinq dairəsini 7 dəqiqə ərzində keçə bilib.

08

09

blog comments powered by Disqus

« bütün xəbərlər


04.07.2017 tarixinə olan digər xəbərlər
» Mercedes-Benz səfirləri bir araya yığdı (+Video)