Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)

Sayt üzrə axtarış


Öz avtomobilinə səs ver
və qalib et

nəticələrə bax

28.12.2015 - G-Power tünerlərindən BMW M3

Almaniyanın G-Power tüninq emalatxanası E92 banlı (kuzov) BMW M3kupeini gücləndirib. G- Power emalatxanasının ən yeni BMW M3 RS E9X modelində quraşdırılan ASA T1-724 kompressorlu mühərikin atlarının sayı 740-a çatdırılıb. Alman hakimiyyətinin 2050-ci ildə daxili yanma mühərrikli avtomobillərin satışını qadağan edəcəklərinə məhəl qoymayan avtoistehsalçılar və tüninq şirkətləri, atların sayını artırmaqla növbəti sürət rekordları və at gücü barədə yeni məlumatları paylaşırlar. G-Power emalatxanası BMW avtomobillərinin tüninqi ilə 1983-cü ildən məşğuldur və sədə “emkadan” aqressiv avtobanlar fatihinin necə hazırlanmasını çox yaxşı bilir. Firmanın öncəki nəsil M3 modeli üçün hər bir zövqə və büdcəyə uyğun təkminləşmə proqramı mövcuddur, lakin tüner sənətinin ən zirvəsində şəkldə təqdim olunan G-Power BMW M3 RS E9X yer alıb. Əsas yeniliklər əlbəttə ki, kapot altındadır. S65 zavod indeksli V8 mühərrikinin iş həcmi 4,0-dən 4,6 litrə qədər artırılıb. Atlarının sayını da 740-a çatdıran bavariyalının fırlanma anı 700 Nm təşkil edir. Mühərrikin daha çox gücə düşməməsi üçün, G-Power mütəxəssisləri aqreqatı yüksək keyfiyyətli soyutma sistemilə təchiz ediblər. Bundan əlavə standart porşenlər daha güclü Mahle ilə əvəz edilib, xaricetmə sistemi isə istiyədavamlı titan xəlitədən hazırlanıb. Kupe təkminləçədən sonra ilk yüzlüyə artıq 3,4 s sürətlənir (öncə 4,9 s), maksimal sürət isə 340 km/saatdır. BMW M3 RS E9X ön bamperin altında orijinal karbon spoyler, karbon kapot, baqaj üstündə tənzimlənən antiqanad əldə edib. Təkər tağlarını isə 20 dyümlü yüngül lehimli qara təkər disklər bəzəyir. Qeyd edək ki, tam təkminləşmə paketi 49 564 avroya başa gəlir.

blog comments powered by Disqus

« bütün xəbərlər