Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)

Sayt üzrə axtarış


Öz avtomobilinə səs ver
və qalib et

nəticələrə bax

23.12.2015 - 680 atlı Mercedes-AMG C 63

Almaniyanın VATH emalatxanası dördqapılı C-Class modelinin AMG variantına əl gəzdirib – tünerlər C 63 versiyası üçün birdən-birə iki təkminləşmə paketi hazırlayıb. Kiməsə AMG sedanındakı 476 a.g. kifayət etmirsə, iki turbo gücləndiricili V 63 RS sifariş edə bilər. Qiymət barədə məlumat verilməsə də, atlarının sayı məlumdur –mühərrik artıq 680 a.g. hasil edir. Dinamik xüsusiyyətlər barədə məlumat verilməyib, lakin 1300 avroya 360 km/saat sürətlənməni əldə etmək mümkündür. Əlavə bir neçə yüz avroya isə, 40 mm aşağı salınan asma, öndə 255/30 və arxada 275/30 ölçülü şinlər geyindirilən 20 dyümlü təkər diskləri, pedal üzərində xüsusi astarlar və ayaqaltılar əldə etmək olar.

blog comments powered by Disqus

« bütün xəbərlər


23.12.2015 tarixinə olan digər xəbərlər
» YENİ ÜNVANDA, KÖHNƏ QİYMƏTLƏRLƏ...!!!