Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)

Sayt üzrə axtarış


Öz avtomobilinə səs ver
və qalib et

nəticələrə bax

17.12.2015 - Novitec Torado tünerləri Lamborghini Huracan superkarını daha güclü və enli ediblər (+Video)

Novitec Torado emalatxanası xüsusi Lamborghini Huracan superkarının məhdud seriyası, daha dəqiq desək – artırılan mühəriik gücü, karbon işləmələr və iri təkərlərin yer aldığı – 25 tüninq paket barədə məlumat yayıb. İlk olaraq qeyd edək ki, 5,2 litrli V10 mühərrikinə mexaniki kompressor adaptasiya olunub, həmçinin tünerlər superkarı inkoneldən hazırlanan bahalı xaricetmə sistemilə də təchiz ediblər. Nəticədə əlavə 250 a.g. (ümumi 860 a.g.) əldə olunub. Ardınca dünya şöhrətli Vittorio Ştrosekin hazırladığı karbon aerodinamik elementləri və mühərrik bölməsinin ona uyğun yenilənən örtüyünü qeyd etmək yerinə düşərdi. Bununla yanaşı təkər tağları və arxa qanadlar da dəyişilib, nəticədə isə Huracan 12 sm enlənib. Xarici görkəmi öndə 20 və arxada 21 dyümlü disklər tamamlayır (müvafiq olaraq 245/30 və 325/25 ölçülü şinlər). Novitec emelatxanası sifariş əsasında salonda da mümkün olan bütün kosmetik işləri həyata keçirə bilər. Qiymət barədə isə məlumat verilməyib.

blog comments powered by Disqus

« bütün xəbərlər


17.12.2015 tarixinə olan digər xəbərlər
» Azərbaycanda ilk: tələbələrimiz elektrik və günəş enerjisi ilə işləyən maşın hazırladı (+Video)
» Yeni BMW 5-Series barədə bəzi məlumatlar üzə çıxıb