Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)

Sayt üzrə axtarış


Öz avtomobilinə səs ver
və qalib et

nəticələrə bax

15.12.2015 - Liberty Walk tünerlərindən Mercedes-Benz CLA

Yaponiyanın Liberty Walk tüninq emalatxanası Mercedes-Benz CLA modelini yeni versiyada təqdim edib. Tünerlər avtomobili sadəcə aerodinamik elementlərlə təmin ediblər. Kupe tipli dördqapılı avtomobil qanadların və təkər tağlarının üzərindəki kobud çıxıntılar sayəsində hiss olunacaq dərəcədə enlənib. Bundan əlavə təkərlərin də enləndiyini müşahidə etmək mümkündür. Tünerlər bununla kifayətlənməyərək, avtomobilin aerodinamikasını dairəvi şəkldə yeniləyiblər. Öndə güclü splitter (həmçinin yan ətəklərdə) əlavə olunub, arxaya isə diffuzor inteqrə edilib. Bonus olaraq baqaj üzərində çox zərif spoyler yerləşdirilib. Bütün detallar karbondan hazırlanıb və 10 000 ABŞ dollarına başa gəlir

blog comments powered by Disqus

« bütün xəbərlər