Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)

Sayt üzrə axtarış


Öz avtomobilinə səs ver
və qalib et

nəticələrə bax

11.12.2015 - Modellista mühəndislərindən zəhmli Toyota Prius

Toyota şirkətinin daxili tüninq şöbəsi Modellista yeni Prius üçün təkminləşmə paketi hazırlayıb. Xüsusi tüninq dəsti kosmetik işləmələrlə kifayətlənib, lakin hibridin xarici görkəmi idman üslubunda alınıb. Tam yeni aerodinamik elementlərə xrom, sərt cizgilər və işıqdiodlar əlavə olunub. Bu isə hetçbekin dizaynı ilə tam ahəng təşkil edir. Maraqlısı isə, bütün aerodinamikanın yerli bazarda qiyməti $1300 təşkil edir. Alüminium xəlitəli 18 dyümlü təkər diskləri və Yokohama BluEarth şinləri isə min dollar bahadır. Hetçbek 1,8 litrli 97 atlı benzin və 73 a.g. hasil edən elektromühərriklər, həmçinin nikel metal hidrit batareyalarla təchiz edilib. Əlavə ödəniş edildiyi təqdirdə isə, daha bir elektromühərrik və tamötürmə əldə etmək mümkündür.

blog comments powered by Disqus

« bütün xəbərlər