Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)

Sayt üzrə axtarış


Öz avtomobilinə səs ver
və qalib et

nəticələrə bax

02.12.2015 - Manhart Performance tünerlərindən BMW X5 M



Manhart Performance emalatxanasının təqdim etdiyi tüninq paketi sayəsində, alman krossoveri standart BMW X5 M modelindən daha güclü alınıb. 4,4 litrli iki turbo gücləndiricili V8 mühərriki təkminləşmiş elektron idarəetmə bloku və idman üslublu xaricetmə sistemi əldə edib.



Nəticədə, güc aqreqatı 700 a.g. və 900 Nm fırlanma anına sahib olub. Müqayisə üçün bildirək ki, standart BMW X5 M 575 a.g və 750 Nm fırlanma anı hasil edir. Dinamika barədə məlumat verilməsə də, mühəndislər maksimal sürətin 315 km/saat olduğunu bildiriblər. Əgər tünerlərin işi sizə çox çılğın gəldisə, o zaman daha sakit – 640 atlı tüninq proqramı sifariş etmək mümkündür.



Komplektə həmçinin H&R idman yayaları, 35 mm aşağı olan asma, bana boz mat vinilin çəkilməsi və Vredestein Ultrac Vorti şinləri (295/30 ZR 22 öndə və 335/25 ZR 22 arxada) geyindirilən 22 dyümlü BBS təkər diskləri daxildir.

blog comments powered by Disqus

« bütün xəbərlər