Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)

Sayt üzrə axtarış


Öz avtomobilinə səs ver
və qalib et

nəticələrə bax

4Çarx - 23.07.2017 (Tam versiya)
Capture_1

27.04.2015 - Land Rover Defender pikapından “Uçan ovçu” düzəldiblər



İngiltərədə Donnington Park –da keçirilən “Böyük Britaniya Land Rover şousu”nda Kahn Design tüninq emalatxanası Land Rover Defender 90 pikapının xüsusi modifikasiyasını nümayiş etdirib. Flying Huntsman 105 (“Uçan ovçu”) adlandırılan avtomobil adi versiyadan 400 mm uzadılmış kapotu, həmçinin interyer və eksteryerinin xüsusi tərtibatı ilə seçilir.

Kuzov və interyer (onun şəkilləri dərc edilməyib) donuq qara rəngdə icra edilib. Lakin maşını müxtəlif rəng çalarlarında və cürbəcür dekorativ taxmalarla sifariş etmək mümkün olacaq. İçəridə idman kürsüləri quraşdırılıb, pedalların üzərinə isə metal üstlüklər əlavə edilib. Maşın haqqında başqa məlumat hələlik yoxdur.

blog comments powered by Disqus

« bütün xəbərlər


27.04.2015 tarixinə olan digər xəbərlər
» YENI FİRMA ÜSLUBU VƏ SLOQAN: RENAULT – PASSION FOR LIFE
» Bentley EXP10 Speed 6 sport-kupenin seriya davamı ola bilər