Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)

Sayt üzrə axtarış


Öz avtomobilinə səs ver
və qalib et

nəticələrə bax

4Çarx - 23.07.2017 (Tam versiya)
Capture_1

16.04.2015 - Startech emalatxanası Range Rover yolsuzluq avtomobilindən pikap hazırlayıb



Almaniyanın Startech emalatxanası rəsmi olaraq yeni layihəsini – dəbdəbəli Range Rover yolsuzluq avtomobili bazasında yüksək məhsuldar pikap təqdim edib. Olduqca qeyri-adi maşının açıq premyerası bir neçə gündən sonra Şanxay avtomobil sənayesi sərgisində nəzərdə tutulub.

Bəri başdan qeyd edək ki, bu heç də gecikmiş “bir aprel” zarafatı deyil. Startech emalatxanası təmsilçilərinin özləri belə ainanılmaz modernizasiya üçün əsas olaraq niyə məhz Range Rover yolsuzluq avtomobilini seçdiklərini izah edə bilmirlər. Lakin onlar inamla əmin edirlər ki, bu, dünyanın ən eksklüziv pikaplarından biridir.

Modernizə edilmiş Range Rover by Startech kapotu altında 526 a.g. (+16 a.g.) hasil edən 5,0 litrlik V8 mühərrik yer alıb. Avtomobil 0-100 km/saat sürətlənməni 5,3 saniyədə həyata keçirir. Maksimal sürət 250 km/saat həddində elektron məhdudlaşdırılıb.

Range Rover by Startech pikapı modernizə edilmiş mühərrik və qeyri-adi kuzovla yanaşı karbondan hazırlanmış tamamilə yeni aerodinamik asma və 23 düymlük iri döymə təkər diskləri ilə də öyünə bilər. Bundan əlavə avtomobil fərdi sifarişlə hazırlanmış 100-dən artıq alüminium component əldə edib.

Baxmayaraq ki, Range Rover yolsuzluq avtomobili nisbətən kiçik kuzov əldə edib, onun sərnişinləri əvvəlki kimi yenə də dəbdəbə içərisində “üzürlər”. Range Rover by Startech salonunda yalnız yüksək keyfiyyətli perforasiya edilmiş dəri, karbon və alüminium taxmalardan istifadə edilib. Emalatxanada eksklüziv avtomobilin kiçik seriya buraxılışını təşkil etmək nəzərdə tutulub.







blog comments powered by Disqus

« bütün xəbərlər


16.04.2015 tarixinə olan digər xəbərlər
» Peugeot “qaynar” hibrid hetç 308 R Hybrid təqdim edib
» Yeniləniş Volkswagen Scirocco GTS 2015 Şanxayda nümayiş etdiriləcək
» Bentley xüsusi versiya sedan Mulsanne Speed Blue Train təqdim edib
» BMW 7-Series 2016 bu gün Floridada qapalı tədbirdə nümayiş etdiriləcək