Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)

Sayt üzrə axtarış


Öz avtomobilinə səs ver
və qalib et

nəticələrə bax

10.04.2015 - Wald International emalatxanasından yeni dizaynlı Lexus NX



Wald International ealatxanası Lexus NX üçün hazırladığı yeni dizaynı bu günlərdə təqdim edib. Gözlənildiyi kimi Lexus yeni cəlbedici dizayn elementləri ilə təchiz edilib və həmin elementlərdə müəllifin ənənəvi “əl izləri” dərhal sezilir.

Ən böyük dəyişikliyə avtomobilin ön hissəsi məruz qalıb. Wald International ustaları özlərinin hazırladıqları və üzərində duman əleyhinə fənərləri olan yeni bamper quraşdırıblar. Qabaq splitter və hava çəpərləri isə tamamilə yeni dizayn əldə edib. Avtomobilin yeni tökmə diskləri də diqqət çəkir. Onlar donuq qara və qara-qırmızı rənglərdə icra edilib. Hər iki halda qeyri-adi dərəcədə iri disklər maşına çox yaxşı görkəm verir.

Yapon ustalar Lexus –a yan tərəfdən də dizayna əlavələr ediblər: korpusda yeni əyrilər və büküklər əmələ gəlib, yan ətəklər isə yeniləri ilə əvəz olunub. Modifikasiya edilmiş Lexus NX arxa hissəsini yeni bamper və diffuzor bəzəyir. Əlavə olaraq damda kiçik, lakin yaxşı görünən spoyler quraşdırılıb. Bütün bunlardan başqa istənilən Wald International müştərisi əlavə fərdiləşdirmə elementləri də sifariş edə bilər.















blog comments powered by Disqus

« bütün xəbərlər


10.04.2015 tarixinə olan digər xəbərlər
» 2016 Lexus ES Şanxayın bir addımlığında
» Yenilənmiş sedan Ford Fusion sınaqlarda kameralara tuş gəlib