Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)

Sayt üzrə axtarış


Öz avtomobilinə səs ver
və qalib et

nəticələrə bax

4Çarx - 23.07.2017 (Tam versiya)
Capture_1

09.04.2015 - Novitec Rosso emalatxanasından N-Largo Ferrari F12 Berlinetta



Superkar istehslı ilə məşğul olan hər bir konsernin mühəndis təfəkkürünün ən uca zirvəsi sayıla biləcək öz “bədheybət”i olur. Ferrari model sırasına belə bir model əlavə edilib - Novitec N-Largo Ferrari F12 Berlinetta.

Novitec Rosso emalatxanasının ustaları şan-şöhrətli F12 superkarının mühərrik və kuzovunu bəzi dəyişikliklərə məruz qoyaraq avtomobili yeni səviyyəyə qaldırıblar. Hazırda qara rəngli nadir nüsxə Dubaydakı Al Ain Class Motors avtosalonunda öz sahibini gözləyir. F12 Berlinetta –ya əlavə edilən bütün komponentlər karbondn hazırlanıb.

Avtomobilin eni iri arxa tağlar hesabına 11 sm artıb. Qabaq hissədə İtaliya superkarı orijinal dizaynlı yeni bamperlə təchiz edilib. Yanlarda N-Largo xüsusi bükükləri diqqət çəkir. Xarici yenilikləri karbon arxa görünüş güzgüləri tamamlayır.

Novitec Group –un ustaları mühərrikin gücünü 781 at gücünə, fırlanma anını isə 722 Nm –dək artıra biliblər. İndi Ferrar saatda 350 kilometrədək sürətlənə bilir.

Avtomobilin interyeri də standart modeldən xeyli fərqlənir və bir çox opsiyalar artıq avtomobili alarkan üstündə olur. Məsələn, salon həm təbii dəri, həm də hər cür rəngdə alkantara ilə işlənib.





















blog comments powered by Disqus

« bütün xəbərlər


09.04.2015 tarixinə olan digər xəbərlər
» Yenilənmiş heçbek Kia Rio rəsmi təqdim edilib
» Audi Şanxaya praktik konsept Prologue Allroad gətirəcək
» Nissan Almera davamçısı Şanxayda rəsmi debüt edəcək