Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)

Sayt üzrə axtarış


Öz avtomobilinə səs ver
və qalib et

nəticələrə bax

4Çarx - 23.07.2017 (Tam versiya)
Capture_1

BMW X6 fəaliyyətdə olan vulkanda sınaqdan çıxarılıb (+Video)

BMW iddia edir ki, X6 kifayət qədər möhkəm maşındır. Amma o fəaliyyətdə olan vulkanın üzərinə “dırmaşmaq” üçün kifayət qədər möhkəmdirmi? İngiltərənin GQ şirkətindən olan cavan oğlanlar bunu aydınlaşdırmağa cəhd ediblər və eyni zamanda öz səyahətlərini videokamera ilə çəkiblər. Onların hədəfi Avropada ən böyük və dünyada ən fəal vulkanlardan biri – Etna vulkanı olub.

“Fəal” dedikdə siz heç də filmlərdə göstərildiyi kimi hər gün lava püskürən vulkan təsəvvür etməyin. Əslində hər şey tektonik yerdəyişmələrlə məhdudlaşır. Tam mənası ilə püskürmələr nadir hadisələrdir.

xDrive sisteminin sınaqdan çıxarılması üçün bundan yaxşı yer tapmaq olmazdı. Təəssüf ki, GQ vulkanın zirvəsinə (3350 m) qalxmayaraq 2651-ci metrdə dayanmalı olub. Bunun özü də kifayət qədər hündürdür. Aydın məsələdir ki, onları qar və buz qarşılayıb. Hətta orda-burda soyumuş lavaya da rast gəlmək mümkündür, amma hər şeydən göründüyü kimi BMW X6 tapşırığın öhdəsindən gələ bilib.

blog comments powered by Disqus

« bütün məqalələr