Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)

Sayt üzrə axtarış


Öz avtomobilinə səs ver
və qalib et

nəticələrə bax

Mercedes-Benz ekstremal G500 4x4² modelini rəsmi təqdim etdi (+Video)



Mercedes-Benz yeni G500 4x4² ekstremal offroderi rəsmi məxvilikdən çıxarıb. Altı təkərli bədheybət G63 AMG 6x6 modelinin kiçik qardaşı Cenevrə avtosalonunda debüt edəcək. Elə orada da onun gələcək taleyi həll olunacaq. Alman brendin təmsilçiləri yeni modeli “demək olar ki, seriya avtomobili” kimi tanıdırlar.

Beləliklə, “qaynar” Mercedes-Benz G500 4x4² ofroderi özündən böyük G63 AMG 6x6 modelini daban-dabana izləyir və dəyişiklik edilmiş AMG qabaq bamperi, damda əlavə işıqlandırması, karbon tərtibatı və alt hissənin paslanmayan metaldan qoruyucu lövhələri ilə öyünə bilər. Bundan əlavə, maşın 22 düymlük təkərlərə, yandan çıxan idman xaricetmə sisteminə və istənilən səthi “didib-dağıtmağa” hazır olan xüsusi “acıqlı” təkərlərə sahibdir.

Hələlik ekstremal “qaynar” yolsuzluq avtomobili salonunun şəkilləri əldə yoxdur (aşağıdakı videoda avtomobil haqqında bütün məlumatlar təqdim edilir). Lakin alman şirkətin rəsmi təmsilçiləri avtomobilin çoxsaylı eksklüziv interyer elementlərinə, idman kürsülərinə və sırınma dəriyə sahib olduğunu qeyd edirlər.

Mercedes-Benz G500 4x4² ofroderin mühərrik bölməsində 422 a.g. hasil edən 4,0 litrlik tvin-turbo V8 benzin aqreqatı yerləşdirilib. Bu mühərrik artıq AMG GT və C63 AMG modellərində istifadə edilir.

Avtomobil yol səthindən çox böyük – 450 mm ara məsafəsinə sahibdir, 1000 mm dərinlikdə maneəni dəf edə bilir və qalxma və enmə bucaqları müvafiq olaraq 52 və 54 dərəcədir. Çox güclü təsir bağışlayan bu göstəricilərə baxmayaraq şirkət yeni ekstremal Mercedes-Benz G500 4x4² modelini daha çox “idman avtomobili, nəinki yolsuzluqların fatehi” olduğunu israr edir.

Əvvəldə qeyd etdiyimiz kimi, Mercedes-Benz G500 4x4² idman ofroderinin gələcək taleyi Cenevrə avtosalonunda həll olunacaq. Hazırda alman şirkəti onu sadəcə şou-kar adlandırır. Hər şey potensial alıcıların reaksiyasından asılı olacaq. Əgər reaksiya müsbət olarsa avtomobil sözsüz ki, seriya istehsalına göndəriləcək.











blog comments powered by Disqus

« bütün məqalələr