Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)

Sayt üzrə axtarış


Öz avtomobilinə səs ver
və qalib et

nəticələrə bax

Yenilənmiş Chevrolet Equinox rəsmi təqdim edilib (+Video)



GM konserni 2016-cı model ilinin yenilənmiş Chevrolet Equinox yolsuzluq avtomobilini məxvilikdən çıxardıb. Yeni avtomobilin ictimai premyerası Çikaqo avtosalonunda nəzərdə tutulub, bazara isə model bu ilin payızında çıxarılacaq.

Yenilənmiş Chevrolet Equinox 2016 yenidən işlənmiş iki hissədən ibarət firma radiator barmaqlığı, işıqdiod optikası gündüz hərəkət işıqları, həmçinin 17 və 18 düym ölçüdə yeni təkər diskləri əldə edib.

Bundan əlavə yenilənmiş yolsuzluq avtomobili yeni arxa bamper, dəyişikliyə məruz qalmış qabarit işıqları və iki borulu idman xaricetmə sistemi ilə də öyünə bilər. Eyni zamanda yenilənmiş avtomobilin arxa hissəsini bəzəyən çoxsaylı xromlanmış elementləri də qeyd etmək olar.

Chevrolet Equinox 2016 yolsuzluq avtomobilinin salonunda yeni mərkəzi konsol, 7 düymlük sensor monitorlu məlumat-əyləncə sistemi, yüksək keyfiyyətli tərtibat və s. yer alıb. Avtomobilin qiyməti hələlik alan edilməyib.



















blog comments powered by Disqus

« bütün məqalələr