Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)

Sayt üzrə axtarış


Öz avtomobilinə səs ver
və qalib et

nəticələrə bax

16.01.2015 - Infiniti QX70 almanlardan xüsusi tüninq paketi əldə edib



Hamburgda fəaliyyət göstərən AHG-Sports tünerləri Infiniti QX70 krossoveri üçün yaxşılaşdırma paketi təqdim ediblər. Paket avtomobilin görkəmindəki aqressivliyi xeyli artırır. Qiyməti 11 900 avro olan tüninq dəstinə yenilənmiş ön və arxa bamperlər, işıqdiod gündüz işıqları və iri yan ətəklər daxildir. Əlavə olaraq 2 990 avroya dörd ədəd borusu olan idman xaricetmə sistemi təklif edilir.

Krossoverin əldə etdiyi asqı üçün yeni qurmalar onu 25 mm aşağı endirib. Bundan əlavə maşın yüngül lehimdən hazırlanmış və alçaq profilli şinlər geyindirilmiş 22 düymlük iri təkər diskləri əldə edib.

Tünerlər 3,0 litrlik V6 turbomühərrik üzərində də işləyiblər. Gücün nə qədər artdığı məlum deyil.

Infiniti QX70 bütün yeniliklərlə birgə 89 900 avroya başa gələcək.









blog comments powered by Disqus

« bütün xəbərlər


16.01.2015 tarixinə olan digər xəbərlər
» Prototip Maserati Levante Skandinaviyada gözə dəyib
» Infiniti QX70 S krossoverin Britaniya bazarında satışları başlanır