Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)
Moskva beynəlxalq avtosalonu- 2010
Ford şirkəti rəsmi olaraq yeni Explorer təqdim etdi
BMW şirkəti növbəti nəsil X3 krossoveri açıqladı
28.07.2010 - Opel Ampera 2012
Chevy Volt avtomobilinin avropalı qardaşı Opel Ampera gələn il artıq yenilənmiş görünüşdə peyda olacaq. Modelin qiyməti təxminən 28 000 avro olacaq. Avtomobildə yerləşdirilmiş akumulyatorlar 500 km məsafəyə hesablanıb.
Opel Ampera 2012 sınaqları hələ ki davam edir, lakin hətta örtük altından da kuzovun Amerika versiyasından fərqlənən dəyirmi hissələrini görmək olar. Opel öz variantını yeni önlüklə təmin edib və arxa hissəni bir qədər qaldırıb.
Avtomobillərdəki mühərriklər eynidir, yəni qeyd etdiyimiz akumulyatorun gücü 111 kVt- dır. Yalnız akumulyator gücünə Opel Ampera 60 km məsafə qət edə bilər. Bundan sonra benzin mühərriki işə düşür və akumulyatoru da doldurur.
Mühərrik həmçinin 370 Nm fırlanma anı təmin edir ki, bu da avtomobilə 100 km/saat sürətlənməni 9 saniyəyə yerinə yetirməyə imkan verir. Maksimal sürət 160 km/saat həddindədir. Məlumdur ki, GM öz akumulyatorlarına 8 il təminat verir, lakin Opel Ampera haqqında belə məlumat yoxdur. İlk Opel Ampera 2012 apreldə peyda olacaq. Onun buraxılışı ilə Miçiqan avtomobil yığma zavodu məşğul olacaq.