Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)

Öz avtomobilinə səs ver
və qalib et

nəticələrə bax

Moskva beynəlxalq avtosalonu- 2010

Ford şirkəti rəsmi olaraq yeni Explorer təqdim etdi

BMW şirkəti növbəti nəsil X3 krossoveri açıqladı

26.07.2010 - Hokkenhaym: Alonso və Massa Ferrari- yə qələbə dublu qazandırırlar

Fernando Alonso Ferrari- dəki komanda yoldaşı Felipe Massa ilə gərgin mübarizədə Formula-1 yarışlarının qalibi olub. Finişə üçüncü yerdə poul- mövqe sahibi Sebastian Fettel çatıb.
Şənbə günü Fettel poulu qazansa da öz üstünlüyündən yararlana bilməyib. Startda hər iki Ferrari maşını alman pilotun maşınının yanından şütüyərək irəli çıxıb. Massa isə öz növbəsində Alonsodan önə keçib.Dördüncə mövqeyə Hamilton sıçrasa da, onu dərhal Uebber ötüb. Lakin elə ilk sürətli sahədə çempionatın lideri önə keçməyə müvəffəq olub. Batton isə Uebberi keçə bilməyib və az qala daha bir mövqe geri düşə bilərdi. Lakin pit-stoplardan sonrakı dövrələrdə o buna nail olub. Getdikcə bu liderlər qrupu yarışın digər iştirakçılarından uzaqlaşıb və yekunda hamını bir dairə önə keçib.
Yeganə dəyişiklik finişə 17 dairə qalmış baş verib. Massanın yürüş mühəndisi Rob Smedli ona sözlərini hecalayaraq – ″Alon-so sən-dən sür-ət-li-dir! O sən-dən sür-ət-li-dir!″- deyə məlumat verdikdən bir neçə dövrə sonra braziliyalı nümayişkaranə surətdə sürətini azaldaraq Alonsonu irəli buraxıb. Dərhal onunla əlaqəyə girən Smedli- ″Əla dövrə oldu. Bağışla.″- deyərək onun bu hərəkətinə münasibətini bildirib.
Finişdə daha sürətli Alonso Massanı cəmi bir neçə saniyə üstələyib. Massadan sonra yenə bir neçə saniyə geridə finişə Fettel, daha sonra Hamilton, Batton və Uebber yetişiblər. İlk onluğu Robert Kubitsa, Niko Rosberq, Mixael Şumaxer və Vitaliy Petrov tamamlayıb. Rusiyalı idmançı bununla ikinci dəfə xal zonasına daxil ola bilib.
Almaniya mərhələsindən sonra Hamilton 157 xalla lider statusunu qoruyub saxlaya bilib. İkinci yerdə əvvəlki kimi Battondur- 143 xal. Uebber və Fettel hərəyə 136 xal toplayıb. Alonsonun 123 xalı var.

« bütün xəbərlər


26.07.2010 tarixinə olan digər xəbərlər
» Ford şirkəti rəsmi olaraq yeni Explorer təqdim etdi
» Chevrolet Camaro Z28 2012- ilk görüntüləri