Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)

Öz avtomobilinə səs ver
və qalib et

nəticələrə bax

Moskva beynəlxalq avtosalonu- 2010

Ford şirkəti rəsmi olaraq yeni Explorer təqdim etdi

BMW şirkəti növbəti nəsil X3 krossoveri açıqladı

23.07.2010 - Mixael Şumaxer son qələbəyədək Formula-1 yarışlarında qalacaq

Bir çox mütəxəssislərin bu mövsüm bitdikdən sonra ″kral yarışları″nı tərk etməyi məsləhət gördüyü Mixael Şumaxer bəyan edib ki, uğursuz çempionat onun gələcək planlarına heç bir təsir göstərməyəcək.
Üç illik fasilədən sonra yenidən Formula-1 yarışlarına qatılmış yeddiqat dünya çempionunun sözlərinə görə o Mercedes GP ilə müqaviləsini sonadək yerinə yetirmək niyyətindədir.
″Məqsədim əvvəlki kimi yaxın üç il ərzində çempion olmaqdır. Mənim başqa əlavəm yoxdur. Əlbəttə ki, nəticələrdən o qədər də razı deyiləm, lakin mən heç də fikirlıəşmirdim ki, dərhal rəqiblərimdən önə keçə biləcəyəm. Buna baxmayaraq mən yarışlardan zövq alıram. Avtomobil idmanında daim yüksəliş və tənəzzül olub, lakin əminəm ki, qarşıya qoyduğum məqsədə çatacağam″- deyən Şumaxerin sözlərini Motosport dərgisi sitat gətirib.
Almaniya Qran Pri yarışları ərəfəsi Şumaxerin əvəz ediləcəyi haqqında şaiyələri də Mercedes-Benz rəhbərliyi təkzib edib.
Dünya çempionatının on mərhələsindən sonra Mixael Şumaxer pilotların şəxsi hesabatında aktivində 36 xal olmaqla 9-cu yerdədir.

« bütün xəbərlər


23.07.2010 tarixinə olan digər xəbərlər
» Çinli mühəndislər GM şirkətinin gizli sənədlərini oğurlayıblar
» Dodge Durango sələfinin ilk foto şəkli