Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)
Moskva beynəlxalq avtosalonu- 2010
Ford şirkəti rəsmi olaraq yeni Explorer təqdim etdi
BMW şirkəti növbəti nəsil X3 krossoveri açıqladı
22.07.2010 - FIAT şirkəti parçalanır
2011-ci il yanvarın 1-dən İtaliyanın Fiat sənaye qrupu iki şirkətə bölünəcəyini elan edib. Onlardan biri istisnasız olaraq yük avtomobilləri və mikroavtobusların, inşaat və kənd təsərrüfatı texnikasının və onlar üçün işçi maşın və mühərriklərin istehsalı ilə məşğul olacaq. Digər şirkət isə FIAT, Lancia, Alfa-Romeo,Ferrari markalı yüngül avtomobillərin istehsalını davam etdirəcək və onun qərargah- mənzili Turində yerləşəcək. Əvvəllər FIAT başçısı Sercio Markionne bu haqda öz fikrini bildirsə də, qərar bu gün şirkətin direktorlar şurasında qəbul edilib və 2011-ci ilin yanvarın 1-dən qüvvədədir. Bundan sonra şirkətin fəaliyyətinin effektivliyinin artacağı gözlənilir. Bu xəbərə artıq bu gün Milan birjası FIAT səhmlərinin qiymətlərinin 6% artması ilə cavab verib.