Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)
Moskva beynəlxalq avtosalonu- 2010
Ford şirkəti rəsmi olaraq yeni Explorer təqdim etdi
BMW şirkəti növbəti nəsil X3 krossoveri açıqladı
22.07.2010 - ABŞ elektrokarların təbliğinə 3,9 mld dollar ayırıb
ABŞ hökuməti qarşıdakı 10 ildə elektrokarların əhali arasında təbliğinə 3,9 mld dollar sərf edəcək. Bu məbləği ABŞ Senatı enerji və təbii ehtiyatlar komitəsi təsdiq edib. Reuters xəbər verir ki, ayrılmış pulları ən əvvəl elektrokarlar üçün batareya ″doldurma″ stansiyaları şəbəkəsinin qurulmasına və inkişafına və həmçinin müasir avtomobillərdə alternativ enerji tətbiqi sahəsində tədqiqatlara sərf etmək planlaşdırılır. Beləliklə, ABŞ hakimiyyəti eyni vaxtda iki problemi- zəhərli tullantıların azaldılması hesabına ekoloji vəziyyəti yaxşılaşdırmaq və xarici neftdən asılılığı azaltmaq problemlərini həll etmək əzmindədir. O cümlədən, 2030-cu ilədək ABŞ avtoparkının yarısının hibrid və elektrokarların təşkil edəcəyi planlaşdırılır ki, bu da istehlak edilən benzinin həcmini 1/3 qədər azaltmağa imkan verəcək. Əvvəllər məlumat verildiyi kimi, elektrotexnologiyanın inkişafı proqramı çərçivəsində ABŞ hökuməti 25 mld dollar ayırmağı planlaşdırır. Bu məbləğdən Ford, Nissan, Tesla və Fisker artıq 8,6 mld alıblar. O cümlədən, Ford dövlətin 5,1 mld dollar vəsaitini az yanacaq sərf edən 13 modelin buraxılışı üçün öz zavodlarının modernizasiyasına xərcləməyi planlaşdırır.