Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)
Moskva beynəlxalq avtosalonu- 2010
Ford şirkəti rəsmi olaraq yeni Explorer təqdim etdi
BMW şirkəti növbəti nəsil X3 krossoveri açıqladı
BMW şirkəti növbəti nəsil X3 krossoveri açıqladı (+VİDEO)
BMW şirkəti növbəti nəsil X3 krossoveri haqqında rəsmi məlumat və onun şəkillərini yayıb. Avtomobil yeni tərtibatda işlənmiş xarici görkəm ( ən çox nəzərəçarpan dəyişikliklər- fərqli əsas işıq fənərləri, radiator qəfəsi, kapot və ön bamper), modernizə edilmiş interyer və dəyişdirilmiş mühərrik sırası əldə edib. Maşın bu ilin payızında Paris motorşousunda nümayiş etdiriləcək. satışları isə Avropa bazarında noyabrda başlayacaq. Krossoverin ilk nəsli peyda olduqda avtomobil dünyası onu heç də ruh yüksəkliyi ilə qarşılamamışdı. Çoxları şirkəti, xüsusilə avtomobilin dizaynı ilə bağlı qınadı. Bu məsələ indiyədək çoxlu söz- söhbətə səbəb olur. Yeni nəslin işıq üzü görməsi ilə avtomobilin xarici görkəmi ilə bağlı bütün qanqaraldıcı söhbətlərə yəqin ki, son qoyulacaq.
Eksteryer ahəngdar və bitkin cizgilər əldə edib. Dizaynerlər kuzovun şişkin və batıq formalarından çox uğurla istifadə edə biliblər. Elə təəssürat yaranır ki, X3 xarici görkəm cəhətdən bir qədər böyük qardaşı X5- ə meyl edib. Ön hissə əməlli- başlı dəyişib. Burada yeni fənərlər, kapot və bamper özünə yer tapıb. Radiator qəfəsinin firma ″məsamə″ləri böyüyüb.
Maşın uzununa səkkiz santimetr, bazaya isə 15 mm əlavə edib. Yol işıq zolağı 212 mm təşkil edir. Yük yerinə 550-dən 1600 litrədək yük yerləşdirmək mümkündür (oturacaqların açılıb- yığılmasından asılı olaraq).
Yeni BMW X3 modeli ″X-lər″ ailəsinin amartizatorlara elektron nəzarət sistemi- Dynamic Damper Control əldə etmiş ilk üzvüdür. Funksiya sürücüyə üç idarəetmə rejimləri- Normal, Sport və Sport+ arasında seçim etməyə imkan verir.
İkinci nəsil X3 üçün hələlik iki mühərrik nəzərdə tutulub. Bunlardan birincisi CommonRail texnologiyalı 2.0 litrlik, 184 a.g. olan dizel ″turbo dördlük″dür. Özünün maksimal 380 Nm dartısını mühərrik 1750- 2750 dövr/dəqiqə fırlanmada verir. Orta yanacaq məsrəfi hər 100 km-də 5,6 L təşkil edir. Bu mühərriklə X3 yerindən ilk ″yüzlüyə″ istər mexaniki. Istərsə də 8 pilləli Steptronic ötürücü qutu ilə 8,5 saniyə ərzində sürətlənə biləcək.
X3 zirvə variantı 3.0 litrlik X3 xDrive35i benzin mühərriki ilə təchiz ediləcək. O istisnasız olaraq 8 pilləli aqreqatla birgə çalışacaq. 306 güclü BMW Х3 yerindən 100 km/saat həddinə 5,7 saniyəyə sürətlənəcək. Avtomobilin maksimal sürəti 245 km/saat olacaq. X3 xDrive 20d və X3 xDrive35i artıq bazada əyləc zamanı ayrılan enerjinin rekuperasiyası sistemi, yırğalanmaya qarşı aşağı müqavimətli şinlər və həmçinin start&stop sistemi (″dizel″ üçün yalnız mexaniki ötürücü qutu ilə) funksiyası ilə təchiz ediləcək.