Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)
Moskva beynəlxalq avtosalonu- 2010
Ford şirkəti rəsmi olaraq yeni Explorer təqdim etdi
BMW şirkəti növbəti nəsil X3 krossoveri açıqladı
BMW 1-ci seriyadan ilk ″qaynar″ kupe təqdim etdi (+VİDEO)
Yayın əvvəlində 1-ci seriyadan ″qaynar″ kupe hazırladığını təsdiq etmiş BMW konserni yeni avtomobilin rəsmi video- tizerini internetdə yerləşdirib. Avtomobilin dünya premyerası Fransanın paytaxtında keçiriləcək beynəlxalq avtosalonda nəzərdə tutulur. BMW şirkətində BMW 1 Series M Coupe kupenin texniki xüsusiyyətlərini açıqlamaqdan imtina ediblər, lakin BMW M GmbH bölmənin icraçı direktoru Kay Seqler əmin edir ki, maşın çox güclü və sürətlidir. İlk ″yüzlüyə″ avtomobil 5,5 saniyədən tez sürətlənəcək, maksimal sürət saatda 250 km- dir. Yeni avtomobili gələcək sahibini idman asqısı və daha güclü əyləc mexanizmi ilə sevindirəcək. Video- tizerə görə standart 1 Series kupedən ″qaynar″ modifikasiya erodinamik yük ilə də fərqlənəcək. Avtomobil yeni aqressiv bamperlər, fərqli yan ″ətəklər″, geniş təkər tağları, aşağı profilli idman üslublu rezinlərlə çox iri ölçülü yüngül lehimli disklər və həmçinin M hərfli BMW modellərinin ayrılmaz atributu olan dörd ədəd işlənmiş qaz xarici etmə borusu əldə edib. Seqlerin sözlərinə görə BMW 1 Series M Coupe rəsmi dilerlərin salonlarına gələn ilin birinci yarısında daxil olacaq. Carscoop yazır ki, avtomobilin qiyməti €35 000 ətrafında olacaq.