Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)

Öz avtomobilinə səs ver
və qalib et

nəticələrə bax

Moskva beynəlxalq avtosalonu- 2010

Ford şirkəti rəsmi olaraq yeni Explorer təqdim etdi

BMW şirkəti növbəti nəsil X3 krossoveri açıqladı

450 min dollara yeni Amerika superkarı (+VİDEO)

Amerikada yeni superkar- Dagger GT təqdim edilib. Əgər onu hazırlayanlara inansaq maksimal sürəti 483 km/saat –dan çoxdur. Avtomobil TransStar Racing şirkəti tərəfindən hazırlanıb. Şirkəti NASA- nın aerodinamika üzrə keçmiş mütəxəssisləri və 24 saatlıq Le Man yürüşündə iştirak etmiş Saleen S7 sportkarın dizayneri təsis edib.
Dagger GT müxtəlif yanacaq növləri ilə işləyə bilən iki turbinli yürüş avtomobili mühərriki ilə təchiz edilib. Hələlik TransStar Racing modelin heç bir texniki xüsusiyyəti haqqında açıqlama vermir, lakin vəd edib ki, mühərrikin gücü 2000 a.g., fırlanma anı 2712 Nm olacaq və bunun hesabına superkar yerindən 100 km/saat sürətə 1,6 saniyəyə yüksələcək, onun maksimal sürəti isə 480 km/saat- dan çox olacaq. Şirkət artıq Nyurburqrinqin bütün rekordlarını qıracağını iddia edir.
Dagger GT şassisi poladdan, kuzovu isə karbon plastikdən hazırlanıb. Verilən məlumatlara görə müştərilər modelin üç- yarış, yol və təmtəraqlı komfort interyerlə seçilən GT-X versiyalarını sifariş edə bilərlər. İlk beş nüsxə sportkar 2011-ci ildə hazır olacaq. TransStar Racing məlumat verir ki, artıq onlardan ikisi öz müştərilərini tapıb. 2012-ci ildə daha 10 avtomobil buraxılacaq. Maşının qiyməti 450 min dollardan başlayır.

« bütün məqalələr