Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)

Öz avtomobilinə səs ver
və qalib et

nəticələrə bax

Moskva beynəlxalq avtosalonu- 2010

Ford şirkəti rəsmi olaraq yeni Explorer təqdim etdi

BMW şirkəti növbəti nəsil X3 krossoveri açıqladı

Terrafugia uçan maşının artıq ilk alıcıları var (+VIDEO)

Amerika şirkəti Terrafugia təyyarə və avtomobilin istismar xüsusiyyətlərini özündə birləşdirən nəqliyyat vasitəsi işləyib hazırlayan çox saylı şirkətlər arasında öz məhsuluna əmtəə keyfiyyəti verə bilmiş ilk şirkətdir. O artıq alıcılarından ilk avans ödəmələri almağa başlayıb ki, bu da onlara ″avtouçaq″ın seriya istehsalına başlamağa imkan verir.
Terrafugia Transition dörd təkərli şassi üzərində bir mühərrikli təyyarədir. Lazım gəldikdə Transition qanadlarını özünə yığıb şossedə adi avtomobil kimi şütüyə bilir. Uçuş məkanına yetişdikdə isə o qanadlarını gərir, mühərrik işə düşür və o uçur.
Modelin orta sürəti- 185 km/saat, yük qaldırma imkanı – 204 kq- dır. Havaya qalxmaq üçün aparata 520 m uzunluğunda uçuş- enmə zolağı lazımdır.
Terrafugia bildirir ki, artıq 70 nəfər uçan avtomobil sifariş edib və onlardan hər biri ilkin 10 min dollar məbləğində ödəniş edib. Vəsait məqsədli depozit hesabda toplanır. Əgər Terrafugia iflasa uğrasa, bu hesabdan pulların sahiblərinə geri qaytarılması təmin olunur. İlkin hesablamalara görə modelin qiyməti 194 min dollar olacq.

« bütün məqalələr