Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)

Öz avtomobilinə səs ver
və qalib et

nəticələrə bax

Moskva beynəlxalq avtosalonu- 2010

Ford şirkəti rəsmi olaraq yeni Explorer təqdim etdi

BMW şirkəti növbəti nəsil X3 krossoveri açıqladı

Honda Avropada yeni CR-Z hibrid avtomobili təqdim edir (+VİDEO)

Honda CR-Z – bu idman xüsusiyyətli tamamilə yeni hibriddir. Onda benzin- elektrik güc qurğusu mexaniki 6 pilləli ötürücü qutu ilə birgə çalışır. Özündə ekoloji təmizlklə yanaşı qənaətcillik və avtomobili idarə etməkdən alınan zövqü birləşdirən bu unikal avtomobilin yer üzündə peyda olduğunu qeyd etmək üçün Honda Motor Europe şirkəti Wieden+Kennedy London reklam agentliyi ilə birlikdə ümum Avropa reklam kampaniyasına başlayıb. Kampaniya 29 ölkənin avtomobil bazarını əhatə edəcək. Kampaniyanın mərkəzində duracaq yeni reklam çarxı artıq Hiderlandda ilk dəfə nümayiş etdirilib.
Yeni televiziya reklam çarxı RGB (ingilis dilində qırmızı, yaşıl və göy sözlərinin baş hərfləri) adlandırılıb. Məhz bu rənglər avtomobilin əsas xüsusiyyətlərindən olan ona nəzarətin 3 rejimi ilə assosiasiya edilib. ECON rejimində (yanacağa maksimum qənaət və havanın minimum çirkləndirilməsi) paneldə yaşıl gül işarəsi işıqlanır. SPORT rejimində (maksimum sürət və digər drayv) spidometr qırmızı işıqlanır. NORMAL rejimdə isə (drayv və ekologiya arasında optimal balans) spidometr göy rəngdə işıqlanır.
Yaponiyada CR-Z 2010-cu ilin əvvəlində təqdim olunub və hazırda inanılmaz uğur qazanıb. Birinci ay ərzində şirkətə 10 mindən artıq sifariş daxil olnb ki, bu da nəzərdə tutulmuş aylıq satış həcmindən 10 dəfə çoxdur.

« bütün məqalələr