Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)
Moskva beynəlxalq avtosalonu- 2010
Ford şirkəti rəsmi olaraq yeni Explorer təqdim etdi
BMW şirkəti növbəti nəsil X3 krossoveri açıqladı
VW konserni yeni Jetta təqdim etdi (+VIDEO)
Volkswagen şirkəti növbəti nəsil Jetta sedanını rəsmən təqdim etdi. Avtomobilin xarici görünüşü ilk dəfə bu ilin əvvəlində Detroytda nümayiş etdirilmiş NCC konsept- kar və alman konsernin müasir modelləri Golf və Touareg üslubunda hazırlanıb. Maşın hazırkı Golf platforması üzərində yığılsa da onun bütün elementləri orujinaldır. Yeni avtomobilin qabarit uzunluğu 4,64 m (əvvəlki Jetta- dan təxminən 9 sm uzun), eni 1,78 m, hündürlüyü- 1,45 metrdir (əvvəlki Jetta- dan 7,6 sm az) . Təkər bazası da 9 sm artdığından arxa sərnişinlər üçün yer 6,6 sm genişlənib. Avropa bazarında növbəti nəsil VW Jetta altı mühərriklə təklif ediləcək.Onların arasında həm benzin, həm də dizel mühərrikləri var. Dizel mühərrikli avtomobillər ″start-stop″ və əyləmə zamanı enerjinin rekuperasiyası sistemləri ilə təchiz edilib. Əvvəllər məlumat verildiyi kimi yeni avtomobil ABŞ-da 2010-cu ilin oktyabrında satışa çıxarılacaq. İlikin mülahizələrə görə baza komplektasiyasında onun qiyməti 16 min dollar- hazırkı modeldən 1700 dollar ucuz olacaq. Yeni avtomobilin promo- videosuna baxa bilərsiz: