Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. (Əz-Zuxruf 13-14)

Öz avtomobilinə səs ver
və qalib et

nəticələrə bax

Moskva beynəlxalq avtosalonu- 2010

Ford şirkəti rəsmi olaraq yeni Explorer təqdim etdi

BMW şirkəti növbəti nəsil X3 krossoveri açıqladı

Haqqımızda

Niyə "4 ÇARX"?

Hələ 1995-ci ildən, yəni ilk dəfə AzTV-də işə düzələn gündən tale məni avtomobil sahəsi ilə bağladı. Belə ki, həmin ərəfədə "Avto stop" verilişi hazırlanırdı. Verilişin müəllifi, həmçinin o vaxt "Bakı studiyası" nın baş redakoru vəzifəsində çalışan Şamil müəllim məni "Avto stop"a - rejissor assistenti vəzifəsinə dəvət etdi. Əlbəttə ki, çox sevindim və razı oldum.
Qeyd edim ki, o vaxt avtodiler şəbəkəsinin mövcud olmamasına baxmayaraq yaradıcı qrupumuz şəhərimizdə şütüyən son model avtomobilləri televiziya tamaşaçılarına nümayiş etdirə bilirdi.
1996-cı ilin sonlarına yaxın hərbi xidmətlə əlaqədar fasilə yarandı. Əsgərlikdən sonra isə yenidən avtomobil sahəsi ilə maraqlandım və çox keçmədən, yəni 1999-cu il aprelin 4-dən AzTV kanalında nümayiş olunan yeni avtomobil proqramı- "4 ÇARX"ın müəllifi oldum.
İlk günlər proqramın adını bir çoxları qəbul etmirdi. Lakin biz öz fikrimizdə israrlı idik. Axı niyə də milli ad olmasın? Axı biz Can Azərbaycanın övladlarıyıq!
Bundan başqa hələ ki, istehsal olunan bütün minik avtomobillərinin şassiləri 4 çarx üzərində dayanır.
Heç kim peşəkar doğulmur, buna nail olmaq üçün günlər, aylar və hətta illər lazım gəlir. Biz də bu yükü boynumuza götürdük ki, daha xaricdə çap olunan və həmçinin rus dilində çıxan yerli avtojurnallardan asılı olmayasınız.

Görülən işlər

Peşəkar xidmətimiz sayəsində bir çox kütləvi tədbirlərə, super viktorinalara, avtoyürüşlərə və s. imza atdıq. Respublikamızda fəaliyyət göstərən avtodiler şəbəkəsilə sıx-dostluq münasibətləri qurduq. Xalqımıza avtomobillər haqqında dolğun və ətraflı məlumatlar çatdırdıq ki, seçimdə çətinlik çəkməsinlər.
Bundan əlavə Baş Dövlət Yol Polis idarəsilə birgə, tamaşaçıların yol hərəkəti ilə bağlı bilgilərini, "avtoxuliqanlara" qarşı mübarizəni artırmaq məqsədilə süjetlər hazırlayırdıq ki, bu da öz müsbət nəticələrini göstərirdi.
2006-cı ildən isə "NƏML Press" MMC-nin istehsalı olan "4 ÇARX" jurnalı işıq üzü gördü.

P.S.

"NƏML" Qurani Kərimin 27 -ci surəsi olub, ərəb dilindən tərcümədə "qarışqa" deməkdir. Qarışqa da bildiyimiz kimi zəhmətkeşlik və çalışqanlıq rəmzidir.

"NƏML Press" MMC